
Rusiya parlamentarilərinə ATƏT Parlament Assambleyasının (PA) noyabrın 24-26-da Polşanın paytaxtında keçiriləcək payız sessiyasında iştirak etmək üçün viza verilməyib.
Bu barədə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini, ATƏT PA-dakı nümayəndə heyətinin senatorlar hissəsinin rəhbəri Vladimir Cabarov bildirib.
Rusiya parlamentariləri viza ala bilməmələrini etirazla qarşılayıblar.