Polşa Xarici İşlər Nazirliyi (XİN) ölkənin şərqindəki partlayışa görə Rusiya səfiri Sergey Andreevə nota verib.
Bu barədə Polşa XİN-in mətbuat katibi Lukaş Jasina bildirib.
"Nazir Zbiqnev Rau səfirə mövcud vəziyyəti və məsələyə münasibətimizi təsvir edən diplomatik notanı təqdim etdi. Səfir notanı götürərək Xarici İşlər Nazirliyindən ayrıldı", - Jasina deyib.
Onun sözlərinə görə, Rusiya səfiri XİN-də cəmi 4 dəqiqə olub və ona ölkənin etirazı çatdırılıb.
Xatırladaq ki, Rusiya ordusu ötən gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisinin Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv şəhərinə düşdüyü iddia olunub. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilib. Sonradan məlum olub ki, həmin raketlər Ukrayna tərəfindən Rusiya ordusunun raketlərini zərərsizləşdirmək üçün atılıb.