Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İrana səfər etməyin! - XƏBƏRDARLIQ


İrana səfər etməyin! - XƏBƏRDARLIQ

İsveçrə Xarici İşlər Nazirliyi bu ölkənin vətəndaşlarına İrana səfər etməmələri ilə bağlı xəbərdarlıq edib.

Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

 

XİN-in yaydığı bəyanatda İsveçrə vətəndaşlarından xalq etirazlarının davam etməsi, İran təhlükəsizlik qüvvələrinin həqiqi güllələrdən istifadə etməsi, habelə əcnəbilərin özbaşına həbsi və ədalətsiz məhkəmələrin keçirilməsi səbəbindən İrana səfər etməmələri istənilib.

 

Qeyd edək ki, İsveçrə hökuməti bu yaxınlarda Rusiyaya Ukrayna ilə müharibədə istifadə üçün dronlar göndərdiyinə görə İrana sanksiya tətbiq etmək qərarını açıqlayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də