"Azərbaycanın bütün səylərinə baxmayaraq, Cənubi Qafqazda durum hələ də kövrəkdir. Sülh axtarışında Azərbaycanın yanındayıq".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə deyib.
“Bu il müstəqilliklərinin otuzuncu ildönümünü qeyd edən bütün dost və qardaş ölkələri təbrik edirəm”, - Ərdoğan bildirib.
Türkiyə lideri, həmçinin vurğulayıb ki, indi dünyada həssas məqamdır: “Ukraynada davam edən müharibənin ədalətli sülhlə bitməsi üçün səylərimizi davam etdirik".