Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Sülhməramlılar 3 ildən sonra Qarabağı tərk edəcək” - Samvel Babayan


“Sülhməramlılar 3 ildən sonra Qarabağı tərk edəcək” - Samvel Babayan

“Mən əvvəl də demişəm, indi də söyləyirəm, Rusiya sülhməramlıları 3 ildən sonra Qarabağı tərk edəcəklər”.

Bunu Qarabağdakı separatçıların qondarma “Təhlükəsizlik Şurası” nın “sabiq üzvü” Samvel Babayan “Azadlıq radiosu”nun erməni xidmətinə müsahibəsində bildirib.


“Onların getməyəcəkləri, nəyin bahasına olursa-olsun Qarabağda qalacaqları kimi bütün bəyanatlara baxmayaraq, mən hesab edirəm ki, bu, reallıqdan uzaqdır. Rusiyanın bu gün Türkiyə və Azərbaycanla olan maraqları belə deməyə əsas verir. Bu güzəştlər bizim hesabımıza olacaq, ona görə də əvvəlcədən deyirəm ki, fikrimizi dəyişməli və problemləri başqa nöqteyi-nəzərdən, başqa cür həll etməliyik”.


Babayanın sözlərinə görə, Rusiya bildirib ki, Qarabağ problemi var, onu həll etmək lazımdır, Azərbaycan isə Qarabağ probleminin iki il əvvəl həll olunduğunu bəyan edib, amma Moskva Bakının bu iddiasına qarşı açıq çıxış etmir.

“Rusiyanın bəzi iqtisadi maraqları var ki, həmin maraqlar Qarabağ məsələsindən üstün olacaq”, - S.Babayan vurğulayıb.


“Sülhməramlıların getməsi Rusiyanın Qafqazdan çıxması demək olacaqmı” sualına Babayan belə cavab verib:

“Biz belə düşünürük ki, onlar Qafqazı tərk edirlər, ruslar isə Ermənistanı özlərininki hesab edirlər, Qafqazı tərk edəcəklərini düşünmürlər”.


S.Babayanın fikrincə, Qarabağın ermənilərdə qalması üçün orada özünün müdafiəsini qurmaq və iqtisadiyyat yaratmaq lazımdır.

O, maksimum müstəqillik məsələsini beynəlxalq məhkəmələr vasitəsilə həll etməyin vacibliyini vurğulayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də