Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Avropa İrana yeni sanksiyalar tətbiq edəcək


Avropa İrana yeni sanksiyalar tətbiq edəcək 

Avropa İttifaqı (Aİ) gələn həftə İranın ölkədəki etirazların yatırılmasına görə məsuliyyət daşıyan şəxs və qurumlarına qarşı yeni sanksiyalar paketini qəbul edəcək.

 

Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok məlumat verib.

 

O qeyd edib ki, Aİ iranlı etirazçılara lazım olduğu qədər dəstək verəcək, həmçinin BMT-nin İnsan Haqları Şurası çərçivəsində İranda baş verən hadisələrlə bağlı xüsusi sessiya keçirəcək.

 

“Məhsa Əmininin öldürülməsindən 4 həftə sonra biz İranda etirazların vəhşicəsinə yatırılmasına görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq etdik. Biz yeni sanksiyalar paketi üzərində fəal işləyirik. Gələn həftə paketi qəbul etmək istəyirik”, - deyə xanım nazir bildirib.

 

Oktyabrın 17-də Aİ etirazlar zamanı həddindən artıq güc tətbiq etdiyinə görə 11 şəxsə və 4 İran təşkilatına sanksiya tətbiq edib. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də