Azərbaycanda iki əsas partiyanın olması kifayətdir.
Bunu Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi zamanı deyib.
“Nümunə götürə bilərik, Amerikanı. Orada seçkilərdə hakimiyyət uğrunda iki partiya mübarizə aparır. Ona görə də bu qədər partiyanın olmasına ehtiyac yoxdur”, - QHT rəhbəri bildirib.
N.Cəfəroğlu digər partiyaların birləşməsini təklif edib.
Qeyd edək ki, Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ikinci ictimai müzakirəsi keçirilir. Müzakirələrdə parlamentdə təmsil olunan və parlamentdən kənar siyasi partiyaların nümayəndələri iştirak edir.