Rusiya Prezidenti Vladimir Putin Soçi şəhərində Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşü faydalı hesab edir.
Bu barədə Putin görüşün yekunları ilə bağlı mətbuata açıqlamasında bildirib.
Rusiya dövlət başçısı görüşün yekunlarına dair birgə bəyanatın razılaşdırıldığını söyləyib:
"Sözün açığı, heç də hər şeyi razılaşdıra bilmədik. Əvvəllər işlənmiş mətndən bəzi şeylər çıxarılmalı idi".
Putin, həmçinin vurğulayıb ki, Rusiya Ermənistan və Azərbaycan arasında yekun nizamlanmaya nail olmaq üçün hər şeyi edəcək.
Onun sözlərinə görə, Soçidə keçirilən görüşdə Rusiya, Ermənistan və Azərbaycan gələcəklə bağlı razılığa gəlmək bacarıqlarını nümayiş etdiriblər.