Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edib.
Bu barədə XİN rəhbəri özünün "Twitter" səhifəsində yazıb.
"Qardaş Türkiyənin Cümhuriyyət Gününü təbrik edir, ən xoş və səmimi arzularımı çatdırıram.
Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi gündən-günə güclənəcək, ölkələrimizin tərəqqisinə və rifahına xidmət edəcək. Cümhuriyyət Gününüz kutlu olsun!", - deyə C.Bayramov qeyd edib.