Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

XİN Lavrovun Ermənistandakı görüşlərində Rusiya bayrağının olmamasına aydınlıq gətirib






Rusiya Xarici İşlər Nazirliyi nazir Sergey Lavrovun Ermənistan baş naziri Nikol Paşinyanla və prezident Armen Sarkisyanla görüşlərində Rusiya bayrağının olmamasına aydınlıq gətirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN həmin görüşlərdə ölkəsinin bayrağının olmamasını Ermənistanın protokol təcrübəsi ilə əlaqələndirib.

"Bayraq çox vacibdir. Danışıqların məzmunu isə daha vacibdir. Görüşlərin tarixini və onların tərtib olunmasını bilmək də vacibdir. Hər bir ölkənin öz protokol təcrübəsi var. Diqqətli olanlar xarici işlər nazirinin Baş nazir və Prezidentlə görüşlərində yalnız bir bayrağın olduğunu görəcəklər”, - deyə Rusiya XİN-dən bildirilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də