![](https://moderator.az/fotobaza/orta/308398.jpg)
Rusiya prezidenti Vladimir Putin bu gün fransalı həmkarı Emmanuel Makronla Dağlıq Qarabağdakı vəziyyətin inkişafını müzakirə edib.
Bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.
“Rusiya və Fransanın ATƏT-in Minsk qrupundakı həmsədrliyi nəzərə alınaraq Dağlıq Qarabağ ətrafında vəziyyətin inkişafı hərtərəfli müzakirə edilib”, – məlumatda deyilir.