Nikol Paşinyanın gecə vaxtı Feysbuk statusu aləmi qarışıdırdı. Baş nazir sosial şəbəkədə belə bir status paylaşıb:
“Mən bu gün ön cəbhədəki əsgərlərimizlə bağlı onlarla videoya baxdım. Mən oğlanların qəhrəmanlığı qarşısında mat qaldım. Oğlanlar, siz haqlısınız. Sizi İrəvanda gözləyirəm. Divar dibində uluyanlarla bağlı məsələni birdəfəlik həll edək”.
Bu status qısa müddətdə yalnız sosial şəbəkədə deyil, siyasi həyatda da ciddi reaksiyalar yaradıb. Paşinyanın partiyasından olan parlamentdə təmsil olunan deputat Qayane Abramyan mandatını təhvil vermək niyyətində olduğunu bildirib.
Başqa bir deputat Taqui Tovmasyan da Feysbuk səhifəsində “Mənim addımım” fraksiyasından çıxmaq üçün ərizə ilə müraciət edəcəyini yazıb.
Bundan başqa, Paşinyanın FB statusundan sonra vitse baş nazir Tiqran Avinyanın ofisinin rəhbəri Varaq Siseryan da istefa ərizəsi yazıb.
Ermənistanın ombudsmanı Armen Tatoyan öz növbəsində Nikol Paşinyanın bu statusunun cəbhədə olan əsgərlərə bu həssas dönəmdə pis təsir etdiyini və faktiki olaraq vətəndaş qarşıdurmasına səbəb olacağını qeyd edib.
Onu da xatırlatmaq lazımdır ki, Nikol Paşinyanın qalmaqallı statusunu bəyənənlərin sayı əks mövqedə olanlardan çoxdur.