Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Paşinyan Qarabağdan qayıdan silahlı tərəfdarlarını bağ evinə toplamağa başladı-FOTO






İşğalçı  və məğlub Ermənistanın miskin baş naziri  Nikol Paşinyan hökumətin bağ evinə silahlı dəstələr toplayır. 

Bu barədə “Mediaport” telegram-kanalı məlumat yayıb. 

“Bu axşam(15 noyabr-S.L.) çəkilən foto-şəkildə özünü könüllü kimi təqdim edərək sosial şəbəkələrdə Paşinyanın müxaliflərinə qarşı təhdidlər dərc edən hökumətyönlü “İnqilab keşikçiləri” qrupunun üzvləri göstərilir. Bu videolardan biri dünən Respublika meydanındakı böyük bir ekranda nümayiş etdirildi ”-deyə kanal xəbər verir.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan dünən “Facebook” hesabında  “divar dibində ulayan” adlandırdığı rəqibləri ilə məsələni həll etmək üçün cəbhədəki əsgərləri İrəvanda gözlədiyini açıqlayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də