ABŞ administrasiyasının SSRİ üzrə müşaviri olmuş nüfuzlu politoloq Pol Qobl "Amerikanın Səsi"nə müsahibəsində maraqlı məqamlara toxunub:
"ABŞ-da hazırda keçid dövrüdür. Biz Amerikanın necə siyasət yürüdəcəyini dəqiq bilmirik. Fikrimcə, hətta Rusiyanın sülhməramlılarını indi yerləşdirməsinin bir səbəbi də bu ola bilər. Çünki Co Bayden administrasiyası Tramp administrasiyasının Rusiyanın digər qanun pozuntularına yanaşmasından fərqli olaraq, beynəlxalq qanunun pozulmasına daha skeptik yanaşar.
Mən amerikalıların fevral və ya mart ayında rus sühməramlılarının başqa ökənin, məsələn Norveçin sülhməramlıları ilə əvəzlənməsinin təklif etmələrini gözləyirəm. Bunun nə zaman baş verəcəyi isə Birləşmiş Ştatlardakı keçiddən asılı olacaq. Amma cənab Bayden cənab Tarmpdan fərqli olaraq karyerası boyunca beynəlxalq qanunlara daha sadiq olub. Ona görə də məncə Vaşinqton Rusiyanın qaydaları pozmaması üçün daha çox təkid edəcək. Rusiyanın həmin qaydalara əməl etməsini təmin etməsi üçün ağıllı danışıqlar aparılmalıdır. Amma yenə də zənnimcə amerikalıların növbəti altı ayda məsələdə daha müsbət rol oynamaq ehtimalı yüksəkdir.
Mən Rusiyanın sülhməramlılarını oraya yerləşdirilməsindən təəsüflənirəm. Amma məncə, biz bunu Qarabağ böhranının sonu kimi deyil, sonun başlanğıcı kimi görməliyik. Aydın olur ki, buna səbəb Azərbaycanın Şuşanı geri alması oldu. Mən Şuşanın azərbaycanlılar üçün kimlik baxımından tarixi və simvolik əhəmiyyətinin nə qədər mühüm olduğunu bilirəm. Və məncə, bu müsbət irəliləyişə gətirib çıxaran da Şuşanın geri alınması oldu.
Bu beş illik bir razılıqdır və mən ümid edirəm ki, regionda heç bir il sonra da Rusiya sülhməramlıları qalmayacaq, nəinki beş il sonra".