Rusiya prezidenti Vladimir Putin bu gün Ermənistan baş naziri Nikol Paşinyanla görüşəcək.
Prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov görüş barədə məlumat verib.
“Görüş gününün 2-ci yarısı Kremldə Rusiya-Ermənistan əlaqələrinə həsr olunacaq. Putinlə Paşinyan arasında görüş, daha sonra isə nahar yeməyi olacaq”,- deyə Peskov söyləyib.
İki ölkə rəhbərinin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti də müzakirə edəcəyi açıqlanıb.