Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Mən hər zaman onu “Azərbaycan günəşi”, xanımını isə “Azərbaycan baharı” adlandırmışam”






“Bu gün hamımız böyük sevinc içindəyik. Sevincimiz aşıb-daşır, üzümüz gülür. Bütün günü əlimdə bayraq şəhəri gəzmişəm. Nə yaxşı ki, bu günləri mən də gördüm. Allah ordumuzu, əsgərlərimizi, cənab prezidentimizi qorusun. Çünki onların sayəsində biz bu gün bayram edirik”

Bu sözləri Moderator.az-a açıqlamasında ustad rəqqasə, əməkdar artist Aliyə Ramazanlı bildirib. O həmçinin bu il seçkilərdə cənab prezident və xanımı ilə görüşdüyünü də bildirib:

“Mən hər zaman cənab prezidentimiz İlham Əliyevi “Azərbaycan günəşi”, Mehriban xanım Əliyevanı isə “Azərbaycan baharı” adlandırmışam. Nə yaxşı ki, onlarla görüş mənə nəsib oldu. Səsvermə məntəqəsində içimdən gəldi, onlara yaxınlaşdım. Dedim ki, sizləri bizim xalqımız çox sevir. Uşaqdan-böyüyə hamı. O hissləri, o xoşbəxt saniyələri mən hal-hazırda sizə çatdıra bilmirəm” deyə əməkdar artist bildirib.

Əli Novruzəliyev

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də