Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Bu, Rusiyanın Azərbaycanda yenidən hərbi baza yaratması kimi qiymətləndirilməsin"






İstiqlalçı millət vəkili Vahid Əhmədov Moderator.az-a təbrik məktubu göndərib:
"Mən bütün xalqımızı, bizi dünyanın ən qürurlu milləti edən Ali Baş Komandanın sərkərdəliyi altında şanlı tariximizi yazan rəşadətli Ordumuzu, məcburi köçkün yarlığından qurtulan 1 milyon əziz vətəndaşımızı bütün qəlbimlə təbrik edirəm. Biz kimsənin inanmadığı, heç kimin edə bilmədiyini gerçəkləşdirdik. Biz prezident İlham Əliyevin də dediyi kimi, dünyaya necə qüdrətli bir dövlət, əzmkar bir millət olduğumuzu sübut etdik. Biz millət və silahlı qüvvələr olaraq tarix kitablarına adımızı qızıl hərflərlə yazdırdıq. Yüz illərlə dünyanın çeşidli ölkələrində bizdən bəhs ediləcək, hər yerdə Azərbaycan adı gələndə köks ötürəcək. Bir sözlə, bu qələbini ifadə etməkdə söz acizdir. 

Yeri gəlmişkən, bölgəyə Rusiya sülhmərmalılarının gəlişindən əndişələnən soydaşlarımıza səslənirəm. Kimsə narahat olmasın. Əvvəla, Rusiya doxsanıncı illərdəkindən fərqli olaraq bu əməliyyatlar dönəmində səmimiyyətini və digər vasitəçi dövlətlərdən, Ermənistanın aşkar-gizli havadarlarından fərqli olaraq neytrallığını qorumaqla Azərbaycanın səmimi dostu olduğunu və bizimlə strateji müttəfiqlik münasibətlərində olmaq istəyini ortaya qoydu. Eyni zamanda bölgəyə azsaylı sülhyaradıcı rus kontingentinin gəlməsi heç bir halda Rusiyanın Azərbaycanda yenidən hərbi baza yaratması kimi qiymətləndirilməsin. Bu sadəcə Türkiyə hərbçiləri ilə birlikdə məhdud sayda sülhmərmalı hərbçilərin mövcudluğundan ibarət olacaq. 

Bir vacib məqamı da unutmayaq ki, bölgədəki sülhün qarantı təkcə Rusiya deyil, bizi biz yapan qardaş ölkəmiz - Türkiyə də olacaq. Türkiyənin yeddidən yetmişədək bütün vətəndaşlarına sonsuz təşəkkürümü və minnətdarlığımı da bildirirəm və Ərdoğanın Türk dünyasının lideri adına haqq etdiyini qəbul edirəm. Türkiyə savaş dönəımində Azərbaycana verdiyi misilsiz mənəvi dəstəyinə görə hər birimizin qəlbində özünə əbədi yer qazandı. Eşq olsun Türkiyə-Azərbaycan qardaşlığına". 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də