Şuşa təcavüzdən, işğaldan, vandallıqdan, yırtıcılıqdan və 28 il 6 aylıq həbsdən azad edildi. Ali Baş Komandanımızın qətiyyətli iradəsi, sərkərdəlik istedadı və igid Silahlı Qüvvələrimizin qəhrəmanlığı xalqımızın mədəniyyət və mənəvi məbədgahını vətənə qaytardı. Ruhun şaddır Ulu Öndər, Ruhun Şaddır Azərbaycan Şəhidi! Gözün aydın Azərbaycan, Gözün aydın Ulu Xalqım,Gözün aydın Ali Baş Komandan, Möhtərəm, Cənab Prezident, Gözün aydın göz yaşları içərisində əsgər və zabitlərimizə dualar edən Mehriban Xanım, Gözün aydın Şəhid və Əsgər Anaları, Gözün aydın qürurlu əsgər atası.
Sevincim tükənməzdir, doğulub, böyüdüyüm, yuxularımın dəyişilməz və əbədi məkanı olan kəndimizi ziyarət edəcəyimə ümidim inama çevrildi. Zəngəzur dağlarının köksündə əbədiləşən və bizləri gözləyən ŞIXLAR kəndinə gedən yol Şuşadan keçir.
Fəzail Ağamalı,
Millət Vəkili
Ana Vətən Partiyasının sədri.