“O, ötən ilin dekabr ayında Türkiyənin Rusiya ilə işbirliyindən narahatlığını ifadə edərək Ərdoğana yeni bir yanaşmanın lehinə danışdı...”
“Analitiklərə görə, Baydenin 3 noyabr seçkilərində qalib gələcəyi təqdirdə ABŞ-ın Türkiyə ilə münasibətləri soyuqlaşa bilər”.
Moderator.az xəbər verir ki, bunu qəsbkar Ermənistanın “Johovurd” qəzeti yazır.
“Ötən ilin dekabr ayında Türkiyənin Rusiya ilə işbirliyindən narahatlığını ifadə edən Bayden Ərdoğana yeni bir yanaşmanın lehinə danışdı”- deyən Los-Ancelesdə yerləşən müstəqil araşdırma mərkəzinin prezidenti Blayz Antin hesab edir ki, Baydenin hakimiyyətə gələcəyi situasiyada Ağ Evin Ərdoğan ilə əlaqəsi zəifləyəcək. Eyni zamanda ekspert Ərdoğanın praqmatik bir siyasətçi olduğunu və hadisələrin belə bir inkişafı variantında uyğun dönüşə çalışacağını qeyd edib.
ABŞ-dakı prezident seçkilərindən sonra Ermənistan üçün nə dəyişə bilər?
Bununla bağlı politoloq Hayk Martirosyan "Johovurd" qəzetinə verdiyi müsahibəsində belə deyib.
“Trampın yenidən seçiləcəyi təqdirdə ciddi bir dəyişiklik olmayacaq. Ən yaxşı halda Robert Brayenin ermənipərəst bəyanatlarına uyğun xətt davam edəcək. Bayden seçilərsə, Türkiyə ciddi və güclü təzyiqlərə məruz qalacaq, ənənəvi olaraq Azərbaycan və Ermənistana göstərilən yardım həcmi Azərbaycanın timsalında azaldıla və bu ölkə ilə işbirliyi zəifləyə bilər. Onsuz da Türkiyənin təsiri altında olan Azərbaycandan fərqli olaraq Cənubi Qafqazda Ermənistanın ürəyini fəth etmək üçün gerçək bir yarış başlayacaq. Bu mənada Bayden yalnız ABŞ üçün deyil, Ermənistan üçün də qəbul edilə bilən yeganə namizəddir".
“Beləliklə, Ermənistanın seçki nəticələrini gözləməsi lazımdır”- deyə işğalçı ölkə qəzeti hərb meydanında ordularının iflasa uğraması və onsuz da neçə onillik acınacaqlı iqtisadi-sosial vəziyyət səbəbindən miskin durumda olan ermənilərə mənasız bir ümid verməyə çalışır.