“1499-cu ildə İspaniyada yəhudiləri qətlə yetirmək istəyəndə Osmanlı dövləti onların köməyinə çatıb”
“İsrailin bizə silah satması dostluğu-qardaşlığımıza dəlalət edir və hətta İsraillə Türkiyənin soyuq münasibətlərində Azərbaycan bir moderatoruluq rolunu oynadı və bu münasibətlər düzəldi”
Bunu Moderator.az-a açıqlamasında aparıcı Kamran Həsənli deyib.
Aparıcı tarixə yəhudilərlə türklərin dost olduğunu bildirib:
“Ermənilər suriyalıların bizim orduda vuruşmasını heç sübut da edə bilmədilər, çünki bu yalan məlumatdır. Qaldı ki, Paşinyanın İsraili ittiham etməsi ağılsızlıqdır, o, artıq bilmir günahı kimin boynuna yıxsın. İsrailin bizə silah satması dostluğu-qardaşlığımıza dəlalət edir və hətta İsraillə Türkiyənin soyuq münasibətlərində Azərbaycan bir moderatoruluq rolunu oynadı və bu münasibətlər düzəldi. Çünki tarixən, Osmanlı İmperiyası dövründən yəhudilərlə türklər həmişə dost olub. Mələsən 1499-cu ildə İspaniyada yəhudiləri qətlə yetirmək istəyəndə Osmanlı dövləti onların köməyinə çatıb. Düşünürəm ki, indi də İsrail tarixi dostluğunu davam etdirir. İsrailə sual verdilər ki, “bəs niyə başqa ölkələrə silah satmırsınız?” Onlar cavab verdilər ki, “Açıq deyin ki, niyə ermənilərə silah satmırsınız? Biz Azərbaycanla müharibə aparan dövlətlərə silah satmırıq”.
Aparıcı Rusiyanın özünün daxili probleminin çox olduğunu və Qarabağ məsələsində Türkiyəylə üz-üzə gəlmək istəmədiyini bildirib:
Bu gün Rusiyanın problemi çoxdur, Paşinyanın onsuz da Rusiyayla münasibətləri soyuq idi. Rusiya istəmir bu məsələdə Türkiyəylə üz-üzə gəlsin. Azərbaycan ərazisində gedən müharibəyə Rusiya müdaxilə edə bilməz, amma dəfələrlə edib. İndi Rusiyanın Belarusiya, Ukrayna, Navalni, sankiya problemi var, neftin qiyməti, rus rublu aşağı düşüb. Rusiya Paşinyanı hakimiyyətini istəmir, amma demək olmaz ki, Paşinyan gedəndən sonra Ermənistanda hakimiyyətə ermənipərəst qüvvələr gələcək. Çünki bu müharibədən sonra Rusiyayla-Ermənistanın arası daha da pisləşib. Ermənilər rusları tarixi müttəfiqləri sayırdılar, amma ümumiyyətlə, bundan sonra ermənilər Rusiyanın hərbi bazasını ölkədən çıxarmaq istəyəcəklər. Mən bir ay öncə demişdim ki, ermənilər Gümrüdəki 102-ci hərbi bazalarının ölkədən çıxarılmasını istəyəcəklər, amma verilişimə gələn politoloqlar mənimlə mübahisə edirdilər. Ermənilər düşünür ki, əgər Rusiya bizi qoruya bilmirsə, bu bazanın bizdə qalmasının nə mənası var? Onlar bundan sonra Avropaya, NATO-ya üz tutmaq istəyirlər. Ermənilərin heç vaxt müttəfiqi olmayıb”.