Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sonu yaxınlaşan Paşinyan bu səhər Putinə yalvarış dolu məktub göndərdi...






Bu gün - 31 oktyabrda RA Baş Naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə bir məktub göndərib.

Moderator.az xəbər verir ki,  işğalçı ölkə mediasının yaydığı məlumata görə, Paşinyan  məktubda Azərbaycanın əks-hücumları nəticəsində yaranmış vəziyyəti və bununla əlaqədar yaranan problemləri hərtərəfli təqdim edib. 

Terrorçu baş nazir Rusiya Federasiyasının Ermənistan sərhəddinə hərbi əməliyyatların yaxınlaşmasını, “Ermənistan ərazisinə artıq baş verən təcavüz faktlarını” nəzərə alaraq və bu müttəf ölkənin  təhlükəsizliyini əsas götürərək Ermənistana  edə biləcəyi yardım növünü və miqdarını təyin etməkdən ötrü dərhal məsləhətləşmələr aparmaq üçün Rusiya Federasiyası Prezidentinə müraciət edib. Məktubda Ermənistan və Rusiya arasındakı müttəfiq münasibətləri və iki ölkə arasındakı  29 avqust 1997-ci il tarixli "Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi" nin 2-ci maddəsi də  xatırlanıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də