Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Cenevrə görüşünün 3 məqsədi var” – Tofiq Zülfüqarov






“Xarici işlər nazirlərinin Minsk qrupunun həmsədrləri ilə görüşlərinin üç məqsədi var”.

Bu barədə Modern.az-a Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu gün Minsk qrupunun həmsədrləri ilə Cenevrədə keçiriləcək görüşü haqqında danışarkən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. O bildirib ki, görüşlərin başlıca məqsədi humanitar atəşkəs - ölən hərbçilərin meyitlərinin dəyişdirilməsi, əsirlərin mübadiləsi kimi məqamların yenidən müzakirəsidir:

“Bu qısa müddətli müzakirədir və Qırmızı Xaç Komissiyasının vasitəsi ilə keçirilir.

İkincisi, atəşkəs rejiminin bərpasıdır. Təbii ki, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, hansı şərtlərlə bu atəşkəs baş verə bilər. Şərtlərdə bəllidir, mövqe də. Yəni işğalçı ordu və onun rəhbərliyi bəyan etsin ki, biz buradan çıxırıq bizə imkan yaradın o zaman bəlkə də mövqeyi müzakirə etməyə dəyər.

Üçüncüsü müzakirə olunacaq məqam isə münaqişənin həllində danışıqlar və digər məsələlərdir. Təəssüf ki, görüşün gündəmi, ya da müzakirə olunan məsələlər əvvəlcədən elan olunmur. Ona görə lazımi səviyyədə hazırlığı olmayan görüşlərin nəticəsini gözləmirəm. Ehtimal olunan mövzular üç dənədir və qüvvədədir. Hesab edirəm ki, həmsədrlər nazirləri hansısa fəaliyyəti göstərmək üçün çağırıblar. Ermənistanın mövqeyi dəyişməsə, heç nə dəyişməyəcək. Bundan əvvəl gözləyirdik ki, danışıqlar nəticəsində məsələlər həll olacaq, amma bu baş vermədi. Azərbaycan öz gücü hesabına şəhidlər verməklə bu məsələyə nail olub. Təbii ki, Dağlıq Qarabağ problemi ilə bağlı müzakirə artıq konkret olmalıdır”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də