Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tiflisdən müsəlman hərbçilərə JEST: Qurani-Kərimin tərcüməsi çap edildi

Tiflisdən müsəlman hərbçilərə JEST: Qurani-Kərimin tərcüməsi çap edildi
Gürcüstan Müdafiə Nazirliyi cib kitabı formatında Qurani-Kərimin gürcücə tərcüməsini çap etdirib.
Publika.az xəbər verir ki, çap olunmuş müqəddəs kitabın tərcüməsi ölkənin Müdafiə Qüvvələrində xidmət edən müsəlman hərbçilər üçün nəzərdə tutulub.
Gürcüstan Müsəlmanları idarəsi ilə əməkdaşlıq çərçivəsində çap olunan bu kitabın ərəb dilindən gürcü dilinə tərcüməsi İdarənin əməkdaşı, illahiyatçı Rezo Mikeladzeyə məxsusdur.
Gürcüstan Müsəlmanları İdarəsi bu təşəbbüsə və müsəlman hərbçilərin dini hüquqlarının qorunması sahəsindəki işlərinə görə nazirliyə təşəkkür edib.
Qeyd edək ki, 5 il bundan öncə Müdafiə Nazirliyinin təşəbbüsü ilə müsəlman əsgərlərin xidmət etdikləri hərbi hissələrdə gündəlik namazlar və həmçinin Cümə və Bayram namazlarının qılınması üçün xüsusi ibadət yerləri yaradılıb.


Tweet













Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də