Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Həm dövlət, həm də millət olaraq könlümüz, dualarımız və dəstəyimiz can Azərbaycanla birlikdədir"






Türkiyənin tanınmış siyasi analitiki:  ”Bu gün Azərbaycan dövləti həm Türkiyə, həm də bütün Türk-islam dünyası üçün bir qürur yeri olub”

Ərciyəz Universitetinin dosenti, Türkiyənin tanınmış siyasi analitiki Dr. Gökhan Bolatın “Türk Dünyası Ağsaqqalları” qəzetinə müsahibəsini təqdim edirik:

- Azərbaycan öz torpaqlarını azad etmək üçün əməliyyata başlayıb.  Bu haqda fikirlərinizi bilmək maraqlı olardı.  Həm də regionda nə baş verir?

- Öncəliklə qardaş 18 oktyabr Azərbaycanın müstəqillik gününü ürəkdən təbrik edirəm. Hər keçən il daha da güclənən Azərbaycan dövləti həm Türkiyə, həm də bütün Türk-islam dünyası üçün bir qürur yeri olub.

30 ildir ki, Ermənistanın işğalı altında qalan, Azərbaycana aid Qarabağda 27 sentyabrdan sonra Ermənistanın hücumundan sonra yenidən başlayan müharibə, Türkiyədə həm dövlət, həm də xalq tərəfindən çox yaxından izlənilməkdədir.  Bu prosesdə həm dövlət, həm də millət olaraq könlümüz, dualarımız və dəstəyimiz can Azərbaycan ilə birlikdədir.

“İki dövlət, bir millət” iki dövlət anlayışı ilə Azərbaycanın haqlı davasında əldə etdiyi hər zəfər bizləri xoşbəxt edərkən, Ermənistanın  etdiyi bütün insanlardan kənar qətliamlar da bir o qədər çox bizləri üzməkdədir.  Bu vəsilə ilə Gəncədə həyata keçirilən qətliamı şiddətlə qınayır, ölənlərə rəhmət və bütün Azərbaycan xalqına başsağlığı diləyirəm.

-Azərbaycan-Türkiyə əlaqələrini necə qiymətləndirirsiniz?

- Son illərdə sürətlə inkişaf edən Türkiyə-Azərbaycan arasındakı əlaqələr həm bölgə, həm də Türk dünyası baxımından böyük önəm daşımaqdadır. İki ölkə arasında özəllliklə, müdafiə sənayesi və iqtisadi əlaqələr güclə şəkildə inkişaf edir.

Bu əlaqələrin inkişafı Ermənistanın xain hücumlarından sonra heç gözləmədiyi bir şəkildə böyük məğlubiyyətlər almasına səbəb olmuşdur. Bunun bir nəticəsi olaraq da Azərbaycan işğal altındakı torpaqları təkrar azad etməyə başladı. Cəbhədə gözləmədiyi bir məğlubiyyət alan Ermənistan xüsusilə sosial mediada aşağıdakı fikirləri formalaşdırmağa çalışır:

-Ermənistan cihadçı terrorizm ilə mücadilə etdiyini,

-Türkiyə və Azərbaycanın yeni bir soyqırım siyasət hazırladığını,

- Xristinalara aid mədəblərin vurulduğu,

- Dinc insanların hədəf alındığı.

Bu kimi yalanlarla Türkiyə və Azərbaycan əleyhinə bir ictimai fikrini formalaşdırmağa çalışmaqdır. Bu prosesdə mücadilə sadəcə hər sahədə və diplomatiyada deyil, eyni zamanda mediada aparılmaqdadır. Bu mövzuda həm Azərbaycan, həm də Türkiyənin xüsusilə, sosial mediada Azərbaycanın haqlı mübarizəsini anlatmaq böyük önəm daşımaqdadır.

-Ermənistanı  dəstəkləyən qüvvələrin fəaliyyəti göz qarşısındadır. Bu baş verənlərə nə kimi təsir göstərə bilər?

-Burada diqqət ediləsi bir bir mövzu var:   Ermənistan və onu dəstəkləyən xarici dövlətlər Azərbaycanın  hərbi sahədə göstərdiyi hərbi uğurlarını əngəlləmək üçün sözdə atəşkəs oyununa tətbiqinə nail olmaq istəyirlər. Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevin söylədiyi kimi Ermənistan atəşkəsi problem həll etmək üçün deyil, Azərbaycanın bu istiqamətdə yavaşlatmaq, özü isə yenidən toparlanaraq təkrar hücuma keçməkdir. Ermənistanın bu oyununa gəlmək olmaz. Unutmamalıyıq ki, Qarabağ probleminin həlli ilə məşğul olan Ermənistan tərəfindən çıxış edən Minsk qrupu ilə deyil, Türkiyə Prezidenti hörmətli Rəcəb Təyyub Ərdoğanın söylədiyi kimi işğal edilən bütün Qarabağ torpaqlarının hərbi  olaraq azad olunması və qiymətli sənətçi Azərinin söylədiyi kimi “şanlı Azərbaycan bayrağının Qarabağa asılması ilə” olacaqdır. Türkiyənin dəstəyi və Azərbaycanın əsgəri gücü bunu gerçəkləşdirə bilər.  Xahiş edirəm ki, bu fürsəti qaçırmamalıyıq. Prezidenti İlham Əliyevin dediyi kimi “Qarabağ Azərbaycandır!”. Bu şüar Azərbaycanın hücum strategiyasının əsasını təşkil edir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də