Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezidentin getdikcə daha çox ”makronlaşan” həmsədr ölkələrə mesajı çox vacib idi ki..."






“Erməni ordusunun təslim olması və ya məhv edilməsi yalnız zaman məsələsidir...”
        
Bunu Moderator.az-a millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli deyib.       
          
Əli Məsimli  bildirib ki, “Azərbaycana  Prezidenti  Ermənistanın şovinizm, terrorçıluq və faşizmin məcmusundan ibarət olan hərbi-siyasi dairələrinə qarşı 3 cəbhədə vuruşur: Birincisi,Ali Baş Komandan kimi hərbi sahədə işğalçı Ermənistana ağır zərbələr vurur.İkincisi dövlət başçısı kimi diplomatiya müstəvisində əldə etdiyi uğurlarlarla milli maraqlarımızı yüksək səviyyədə qoruya bilir.Üçüncüsü,informasiya  cəbhəsində  işğalçını ifşa edir.Prezidentin Azərbaycan xalqına 26 oktyabr tarixli mürciəti ilə bu siyahıya gördüncü element də əlavə olundu:Prezident açıq şəkildə beynəlxalq güclərin ikiüzlülüyünü ifşa etdi.

Əli Məsimli  bildirib ki, indiki mərhələdə Azərbaycana qarşı təzyiqin güclənməsi ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin öz imzalarına və mandatlarına hörmət etmədiklərini ortaya qoyub.Ona görə də Prezidentin gündən-günə getdikcə daha çox ”makronlaşan” ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə mesajı çox vacib idi ki, həmsədr neytral olmalı,olmayacaqlarsa həmsədrlikdən çıxmalıdır.Hazırkı şəraitdə bu daha çox Rusiya və Fransaya aiddir.
       
Əli Məsimli  əlavə edib ki, Azərbaycan Prezidentinin Ermənistanın himayədar və havadarlarına qarşı açıq mesajları arasında   BMT Təhlükəsizlik Şurasının ifşası da xüsusi yer tutur. Dağlıq Qarabağ və onun ətrafında gedən hiylə və  oyunlarla  Azərbaycana qarşı yeridilən məkrli siyasət Rusiya ilə yanaşı,həm də BMT Təhlükəsizlik Şurasından qaynaqlanır. BMT Təhlükəsizlik Şurası, Rusiya və Fransa tərəfindən hazırlanan, hərbi əməliyyatları pisləyən və dərhal atəşkəs tələb edən bir qətnaməni keçirməyə çalışdı. Qətnamədə Ermənistan qoşunlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən qeyd-şərtsiz dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurası-nın 4 qətnaməsini gündəmdən çıxarmaqla, bir tərəfdən belə bir effekt yaratmağa çalışıblar ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatları beynəlxalq hüquq çərçivəsində həyata keçirilmir.Bununla da əslində sözügedən sənəd Azərbaycanın öz ərazilərini işğaldan azad etmək və Qarabağ bölgəsindəki erməni işğal rejimini tamamilə dağılmaqdan qurtarmaq üçün hərbi əməliyyatlarını dayandırmağa yönəlmişdi. Qoşulmama hərəkatına üzv ölkələr BMT Təhlükəsiszlik Şurasinin  1993-cü il 4 məlum qətnaməsini arxa palana atan  yeni sənədinin keçməsinə imkan verməməklə, beynəlxalq aləmə əyani şəkildə göstərdilər ki, dünya 5 dövlətdən ibarət deyil. Dünyada ikili standartlarla hərəkər edən, Azərbaycana münasibətdə isə  həm də üzdə bir söz deyib,arxada tamamilə əksini edərək  iikili sima  nümayış etdirən olkələrlə yanaşı,  beynəlxalq hüquq normalarını və  haqq-ədaləti də əsas  götürərək hərəkət edən ölkələr də var. Qoşulmama hərəkatına üzv ölkələr BMT Təhlükəsiszlik Şurasinin  anti-azərbaycan sənədinin keçməsinə imkan verməməklə, həm də həmin sənədin müəllifləri olan Rusiya və Fransaya “DUR” dedilər. Əgər Ermənistanın himayədar və  havadarları mənasız  atəşkəs və danııqları oyunlarını, Ermənistanı silahlandırmağı davam etsələr və Azərbayvana  təzyiqləri  müdaxilə səviyyəsinə çatdırsalar, onda hələ ki, yerdə olan F-16-ları havada görəcəklər. Prezidentin F16-lar haqda dedikləri ciddi siqnal olmaqla həm o demək idi ki, Azərbaycan müharibə potensialını hələ tam ortaya qoymayıb. Azərbaycan təkbaşına Ermənistanın öhdəsindən gələ bilir.Əgər bu müharibəyə kənar müdaxilə olsa, Azərbaycan tək qalmayacaq, Türkiyə dayaq olacaq. 
        
Əli Məsimli sonda bildirdi ki, Prezident xalqa müraciətində dedi ki, Qarabağ məsələsinin sonuna qədər gedəcək. Bu, bütün Azərbaycan xalqının arzu və istəyidir. Yerli və əcnəbi hərbi ekspertlər bu xüsusda Azərbaycan Ordusunun öz hədəflərinə çatacağına şübhə etmirlər.Azərbaycan ordusunun bir aylıq zəfər yürüşünün nəticələrinin  sərt reallığı belə bir qənaətə gəlməyə əsas verir ki, bundan sonra Qarabağda erməni ordusunun təslim olması və ya məhv edilməsi yalnız zaman məsələsi olacaq... Hamının səbrsizliklə gözlədiyi o günün tez yetişməsi üçün harada yaşamasından asılı olmayaraq dünyanın bütün ölkələrindəki soydaşlarımızi bu taleyeklü və şərəfli qələbəyə öz töhfələrini gücləndirməyə çağırırıq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də