Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Biz, barbar ölkə ilə bərabər, onlara himayədarlıq edən beynəlxalq güclərlə vuruşuruq"






regiontv.info Ana Vətən Partiyasının sədri, millət vəkili Milli Məclisin 27 Oktyabr 2020-ci il plenar iclasında çıxışının mətnini təqdim edir:

"Qəhrəman və igid ordumuz döyüş cəbhəsində uğurla irəliləyir, Ali Baş Komandan, cənab prezident İlham Əliyevin qurduğu strategiyaya uyğun, murdar düşmənə ağır və sarsıdıcı zərbələr endirir, yüzlərlə hərbi texnikasını və minlərlə canlı qüvvəsini məhv edir, yeni-yeni yaşayış məntəqələrimiz işğaldan azad olunur.

Əks - hücüm əməliyyatından keçən bir ay müddətində 4 rayon mərkəzimizdə, 4 qəsəbəmizdə, 166 kəndimizdə Azərbaycan bayrağı qaldırıldı, çoxsaylı yüksəkliklər ələ keçirildi, İranla sərhədimizə tam nəzarətimiz təmin edildi. Silahlı qüvvələrimizin qısa zaman kəsiyində qazandığı bu uğurlar dünyanı heyrətə gətirməkdədi.

Ötən bir ay bəzi məsələlərə də tam aydınlıq gətirdi. Ali Baş Komandan cənab İlham Əliyevin sentyabrın 26-da Azərbaycan xalqına müraciətində və bir sıra xarici jurnalistlərə verdiyi müsahibələrdə bəlli oldu ki, biz təkcə ön cəbhədə faşist ermənilərlə deyil, həm də bu vandal ölkənin vəhşiliklərini müdafiə edən diplomatik və siyasi dairədə də ağır döyüşlər aparırıq.

Beynəlxalq hüququ təpkilər altına atan, haqqa, ədalətə arxa çevirən ATƏT-in Minsk Qrupunun həmsədrləri açıq şəkildə işğalçı Ermənistana hərtərəfli yardım göstərməkdə, onu silah-sursatla təmin etməkdədilər. Biz, faktiki olaraq barbar ölkə ilə bərabər, həm də onlara himayədarlıq edən beynəlxalq güclərlə vuruşuruq.

Deməli, biz təkcə ərazi bütövlüyümüz uğrunda deyil, həm də milli dövlətçiliyimizin taleyi, onun qorunub saxlanılması, milli ləyaqətimiz və milli kimliyimiz uğrunda döyüşürük. Olsun, Türk övladı tarixlər yazıb, həmişə ədalətin simvolu kimi tarixin səhifələrinə şərəfli imzalar atıb. Bu misiyanı başlamışıq və biz onu sona çatdıracaq, Böyük Vətən müharibəsindən qalib çıxacağıq!

Qələbəmizi təmin edən şərtlər göz önündədi: Bir millətin iki dövləti və 40 milyonluq Güneyli soydaşımızın yenilməz ruhu və müharibənin qəti qələbəsinə köklənən iradəsi, ordumuzun gücü, peşəkarlığı, əsgər və zabitlərimizin ruh yüksəkliyi və vətənpərvərliyi, qətiyyətli, sarsılmaz iradəsi və parlaq istedadı ilə dünyanı heyrətə gətirən Ali Baş komandan, möhtərəm cənab preizdent İlham Əliyevin bütün döyüşlərdə nümayiş etdirdiyi qələbə əzmi.

Xalq - Ordu - Ali Baş komandan fenomeni bizi tam qələbəyə yaxınlaşdırır. Bu qələbə 200 ildən üzərimizə gələn, tarixi torpaqlarımızı işğal edən vandal ermənilər üzərində möhtəşəm qələbə olacaqdır.

Qısa zaman kəsiyində mənəvi qibləgahımız olan Şuşada görüşmək arzusu ilə Fəzail Ağamalı"

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də