Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistanda silahlı qüvvələr və siyasi rəhbərlik arasında çəkişmə başladı






Cəbhədə davamlı uğursuzluq və məğlubiyyətlə üzləşən Ermənistanda siyasi rəhbərlik və ordu arasında fikir ayrılığı, nifaqın olduğu görünməyə başlayıb.

Bu, Ermənistanın Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahın ortaq bəyanatından sezilib.

“Ermənistan Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahı Ermənistan Respublikasının siyasi rəhbərliyi və Silahlı Qüvvələr arasında nifaq salmaq istəyən bəzi siyasi dairələrin cəhdlərini qətiyyətlə pisləyir”, - açıqlamada vurğulanıb.

Bəyanatda həmçinin siyasətçilərin bölücü açıqlama və hərəkətlərdən çəkinməyə çağırış edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də