Qırğız Respublikasının keçmiş prezidenti Alamzbek Atambayev Dövlət Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasında aclıq elan edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu onun vəkili bildirib.
Qeyd edək ki, Almazbek Atambayev oktyabrın 5-də etiraz aksiyaçıları tərəfindən həbsxanadan çıxarılmışdı.
Atambayev Qırğızıstana 2011-2017-ci illərdə rəhbərlik edib. O, 2019-cu ilin 8 avqustunda Koy-Taş Çuysk əyalətinin kəndindəki qərargahında saxlanılıb. Eks-prezidentə qarşı bir sıra ittihamlar irəi sürülüb və o, azadlıqdan məhrum olunub. Almazbek Atambayev dəfələrlə bildirib ki, bu ittihamları siyasi təqib hesab edir.