Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ərdoğanın sözlərindən sonra Fransa Ankara səfirini geri çağırdı...






 Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan bir müddətdir ki, müsəlmanları hədəf alan Fransa prezidenti Emmanuel Makron haqqında sərt fikirlər səsləndirib.

Ərdoğan çıxışında Makronun zehni müalicəyə ehtiyacı olduğunu bildirib. Bunun ardından Fransa Ankara səfiri Herve Makronu geri çağırıb. Fransa tərəfi açıqlamasında prezident Ərdoğanın Makron haqqında dediklərinin qəbuledilməz olduğunu bildirib:

“Prezident Ərdoğanın açıqlamaları qəbuledilməzdir. Ekstremizm bir metod deyil. Ərdoğandan siyasətinin gedişatını dəyişdirməsini tələb edirik, çünki bu hər cəhətdən təhlükəlidir”.

Ərdoğan isə çıxışında belə demişdi:

“Makron deyilən bir zatın İslam ilə dərdi nədir? Müsəlmanlarla dərdi nədir? Makronun əqli cəhətdən müalicəyə ehtiyacı var. İnanc azadlığından anlamayan və öz ölkəsində yaşayan milyonlarla fərqli inanca sahib insanlara bu şəkildə davranan bir dövlət başçısına başqa nə demək olar? Əlbəttə, ilk öncə əqli cəhətdən müalicə. Hər dəfə Ərdoğanla mübahisə edirsən. Ərdoğanla mübahisə etmək sənə bir şey qazandırmaz. Onsuz da bir il sonra prezident seçkiləri olacaq. Seçkidə aqibətinizi görəcəyik. Yolunun o qədər də uzaq olduğunu düşünmürəm”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də