Ermənistanla Qarabağı birləşdirən və hərbi-siyasi terminologiyada "Laçın dəhlizi" adlandırılan yolun ordumuz tərəfindən nəzarətə götürülməsi təhlükəsi artdıqca Ermənistanda və Qarabağın erməni icması arasında panika şiddətlənir.
Ermənistanın Fövqəladə Hallar Nazirliyi əhali arasında artan təşvişi önləmək, camaatı sakitləşdirmək üçün açıqlama vermək məcburiyyətində qalıb.
Nazirliyin açıqlamasında bildirilir: "Ermənistanə Dağlıq Qarabağla birləşdirən yollar açıqdır. Lakin təhlükəsizlik səbəbindən Sotk-Karvaçar (ermənilər Kəlbəcərə Karvamar adı qoyublar) avtomobil yolu bağlıdır".
Qeyd edək ki, Zəngilan rayonunun işğaldan azad edilməsi ilə Ermənistanın Mehri rayonundan keçən və Hadruta qədər uzanan yol da artıq ordumuzun nəzarəti altındadır.
Beləliklə, Ermənistanla Qarabağı birləşdirən 3 yoldan ikisi artıq bağlıdır. Yerdə qalan bir yolun- "Laçın dəhlizi"nin isə ağır artilleriyamızın atəşi altına düşməsinə bir şey qalmayıb.