Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“KİVDF-nin kibertəhlükəsizliklə bağlı təlimlərə start verməsi indiki məqamda ikiqat əhəmiyyətlidir”




Cahangir Məmmədli: “İnanıram ki, bu qurumun qol qoyduğu hər bir iş uğurlu olacaq”
“Gələcəkdə jurnalistikamızın indiki dönəmi tədqiqat obyektinə çevriləcək”


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və “Evrodizayn” şirkəti tərəfindən jurnalistlər üçün onlayn formatda təlim keçiriləcək.

 

Maraqlıdır, Vətən Müharibəsinin davam etdiyi, bu müharibədə media cəbhəsinin də hərbi cəbhə qədər böyük önəm kəsb etdiyi, jurnalistlərin də əsgər əzmi ilə döyüşdüyü bir zamanda, medianın özünün təhlükəsizliyi ilə bağlı bu cür tədbirlərin keçirilməsi nə dərəcədə önəmlidir? Düşmənin informasiya müstəvisindəki təxribatlarını ifşa edən, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran milli mediamızı bütün hücumlara, eləcə də kiber hücumlara qarşı daha dayanıqlı hala gətirmək indiki məqamda ikiqat əhəmiyyətli bir addım kimi dəyərləndirilə bilərmi?

 

Moderator.az-a açıqlama verən BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli KİVDF-nin bu təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirdi:

 

Vətən Müharibəsinin davam etdiyi bir zamanda jurnalistlərimizin, mediamızın birləşdiyi, birgə mübarizə ortaya qoyduğu göz önündədir. Hansı ki, mən bu birliyi “Birləşmiş Azərbaycan Jurnalistləri” adlandırıram.

 

Jurnalistlərimiz həm ön, həm də  arxa cəbhədə böyük əmək sərf edirlər. Onlar həm ön xətdə baş verən yeniliklərlə bağlı cəmiyyətimizi məlumatlandırır, həm də arxa cəbhədə ermənilərin yalan, təxribat xarakterli informasiyalarını ifşa edir, onların media müstəvisindəki təxribatlarının qarşısını alırlar. Bu baxımdan Azərbaycan jurnalsitikasının bugünkü fəaliyyəti olduqca önəmlidir və yəqin ki, gələcəkdə jurnalistikamızın indiki dönəmi tədqiqat obyektinə çevriləcək.

 

KİVDF-də yeni rəhbərlik var və bu yeni rəhbərlik sözün həqiqi mənasında xeyli dərəcədə müsbər irəliləyişə nail olub. KİVDF-nin mediada kibertəhlükəsizliklə bağlı təlimlərə start verməsi, jurnalistlərimizi maarifləndirməsi, onların təcrübəsinin, peşəkarlığının artırılması istiqamətində iş aprması təqdirəlayiqdir. Bu, həm də KİVDF-nin öz vəzifəsinin mahiyyətini doğru anladığını, bunu yerinə yetirmək üçün konkret addımlar atdığını göstərir. Dünyanı biz jurnalistlər məlumatlandırsa da, jurnalistlərin özünü də məlumatlandırmaq vacibdir. Ona görə vacibdir ki, jurnalistlər öz işlərini daha peşəkarcasına qursunlar, düşmən təxribatlarına qarşı daha effektiv mübarizə aparsınlar.

 

KİVDF ciddi şəkildə fəaliyyətə başlayıb. Əminəm ki, bu və bu kimi təlimlərə əsl peşəkarlar dəvət ediləcək. Inanıram ki, KİVDF-nin qol qoyduğu hər bir iş uğurlu olacaq və biz də bu məsələlərdə öz köməyimizi əksik etməyəcəyik”.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də