Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türk Şurasından Azərbaycana dəstək






“Bu, Azərbaycan xalqı üçün vətən müharibəsidir və biz bu savaşda Azərbaycanın yanındayıq”.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin Gəncəyə səfəri zamanı dediyi bu sözlər Türkiyə mətbuatında geniş işıqlandırılıb.

O, Ermənistanın Gəncəyə gecə saatlarında dinc sakinlərin yaşadığı binaya raket hücumunu sərt şəkildə qınayaraq beynəlxalq ictimaiyyəti də bu addımı atmağa çağırıb:

“Türkdilli ölkələr, türk dünyası və Türk Şurası Azərbaycanın torpaqlarını işğaldan azad etmək haqqını qeyd-şərtsiz dəstəkləyir. Bu, Azərbaycan xalqı üçün vətən müharibəsidir və biz bu savaşda Azərbaycanın yanındayıq. Dostumuz Azərbaycana sülh və qələbə arzulayırıq”.

Amreyev problemin Azərbaycanın ərazi bütövlüyü əsasında, BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq dinc yolla həlli tərəfdarı olduqlarını da qeyd edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də