Əsgərlərinin cəbhədən qaçmasının qarşısını ala bilməyən Ermənistan gülünc açıqlamalar verir.
Ermənistan açıqlamasında, “Müdafiə bölmələrimiz İkinci Dünya Müharibəsi veteranları ilə koordinasiyada hərəkət edir və düşmənə ağır zərbə vurur”-deməklə bir daha özünü biabır edib.
Azərbaycan Ordusuyla döyüşdə ağır itkilər verən Ermənistan, yaşlı, cavan demədən hamını cəbhəyə göndərir. Əsgərlərinin döyüş meydanlarını tərk erməsi bu mənada Ermənistanı çətin vəziyyətə salıb.
Ermənistan hökuməti itkilərini gizlətməyə çalışsa da, silah-sursat və əsgər sayının azalması səbəbindən yaşlı adamlardan kömək istəməyə başlayıb. Əvvəlcə bir qrup yaşlı adamı cəbhəyə göndərən düşmən, indi də İkinci Dünya Müharibəsi veteranlarının onlara kömək etdiyini bildirib.
Azərbaycana Ordusuna ağır zərbələr vurduqlarını iddia edən düşmənin, dünəndən bəri iki döyüş təyyarəsi və bir dronu məhv edilib. Daha 13 kəndimiz isə işğaldan azad edilib.
Eşq olsun Azərbaycan Ordusuna!