“Bölgədə hücumçu dövlətlər var. Ermənistanın Azərbaycana qarşı son dövrlərdə yenidən etdiyi təxribat buna sübutdur. Azərbaycan torpaqlarının 20 faizi otuz ildir Ermənistan işğalı altındadır”.
Bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib. O, Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin açılışında çıxışı zamanı bir daha Ermənistanın Azərbaycana qarşı etdiyi son təxribatlardan danışıb.
Çavuşoğlu bildirib ki, Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək:
“Ermənistan işğal altında olmayan Azərbaycan torpaqlarına da hücum edir. Onların bu addımı müharibə qaydalarına ziddir. Azərbaycan öz torpaqlarını və xalqını qoruyur. Bəzi “aktyorlar” Azərbaycanın bu əziyyətinə səssiz qalır, zalımla hücuma məruz qalanı eyni miqyasla ölçür. Türkiyə olaraq Azərbaycanın haqq davasında yanındayıq, yanında olmağa da davam edəcəyik”.