Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Paşinyan rejimi daha böyük vəhşiliklərə əl ata bilər..."






 “Biz az qala hər gün mülki şəxslərin, azyaşlıların qətlə yetirilməsi, eləcə də öz vəzifə borclarını yerinə yetirən jurnalistlərin atəşə tutulması xəbərlərini eşidirik. Günahsız insanları öldürmək, mülki infrastruktura xələl yetirmək məqsədilə Ermənistan ordusu, məkrli düşmən bütün vasitələrə əl atır. Bu bir yandan humanitar atəşkəs rejiminin pozulması, digər tərəfdən 1949-cu il Cenevrə konvensiyalarına məhəl qoyulmamasıdır”. 

Moderator.az xəbər verir ki, bu fikirləri millət vəkili Emin Hacıyev cəbhəyanı zonada və Qarabağdan minlərlə km aralıda olan yaşayış məntəqələrimizdə Ermənistan ordusunun törətdiyi vəhşilik və terror aktları ilə bağlı danışarkən deyib. 

O bildirib ki, bizim şəhər və kəndlərimiz demək olar ki, fasiləsiz atəşə tutulur, çoxsaylı mülki obyektlərə ziyan dəyir:

" Humanitar atəşkəs rejiminin qüvvəyə mindiyi andan ermənilər  Azərbaycan Respublikasının bir sıra rayonlarına yüzlərlə mərmi atıb. Düşmən döyüş meydanında məğlub olduğunu qəbul etmək istəməsə də, reallığı heç nə dəyişə bilməz. Qələbə Azərbaycanındır! Düşünürəm ki, nəinki, beynəlxalq təşkilat və qurumlar, eləcə də dünyanın müxtəlif ölkələrində ictimai rəyə təsir edə bilən hər bir şəxs, mətbuat orqanları mülki şəxslərin, günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə biganə qalmamalıdır. Atəşkəs haqqında razılaşmanın təşəbbüskarı və təminatçısı olan Rusiya Ermənistanın hərbi-siyasi rəhbərliyindən törətdiyi terror aktlarına görə hesabat tələb etməli, Ermənistana qarşı təzyiq mexanizmləri işə salınmalı, mülki əhaliyə qarşı terror aktlarına son verilməsi ciddi şəkildə tələb edilməlidir. Dünya bu dəfə də Ermənistanın əməllərini soyuqqanlılıqla qarşılayacaqsa, Paşinyan rejimi daha böyük vəhşiliklərə əl ata bilər və nəticədə bütövlükdə regionda sülhün və təhlükəsizliyin təminatı müşkülə çevrilər"

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də