
RegionTV.info xəbər verir ki, bu barədə Sorosa yaxın mənbələr məlumat yayıb.
Məlumatda deyilir ki, Rusların 2021-ci ildə bağ evlərində kabab bişirməsi mümkün olmayacaq. Çünki, iqtisadi böhran Rusiyanı çökdürəcək.
Soros, koronavirus epidemiyası ilə əlaqədar daha da şiddətlənən nəhəng bir qlobal böhran proqnozlaşdırır. O, inanır ki, bu bəşəriyyətin İkinci Dünya müharibəsindən bəri rastlaşacağı ən dərin böhran olacaq.
ABŞ-da demokratiyanın ölmədiyini və mövcudluğu üçün onun davamlı şəkildə mübarizə apardığını da qeyd edir. Ancaq Soros Avropadan narahatdır. Çünki onun fikrincə AB-nin birliyi Polşa və Macarıstan tərəfindən 2021-ci ildə böyük ölçüdə pozulacaq.
Soros, Ukrayna və Dnestryanıdakı siyasi qarşıdurmaların daha da pisləşəcəyinə inanır. Onun nəzərincə Rusiyanı zəiflətməyə çalışan Türkiyədə vəziyyət çətin olacaq. Çox güman ki, ölkə tezliklə NATO qaydaları ilə oynamağa məcbur olacaq, Ukrayna və Moldova münaqişələrində iştirak edəcək.