Bərdə şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, dekabrın 30-u saat 21 radələrində şəhər ərazisində yolu keçən şəhər sakini M.Cavadovun müəyyən edilməyən avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə daxil olan məlumatla əlaqədar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobilin sürücüsü A.Ağayev tərəfindən törədilməsi müəyyən edilib.
Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.