"Azəriqaz"dan YENİLİK - Pulsuz olacaq
Bütün sakinlər üçün qaz sayğacları pulsuzdur. İstər bina, istərsə də həyət evləri olsun, mənzillərə sayğaclar tam ödənişsiz quraşdırılacaq.
"Azəriqaz" İstehsalat Birliyinin şöbə rəisi Rövşən Məhyəddinov deyib ki, məişətdə saatlıq sərfiyyatı 10 kub metrə qədər olan sayğaclardan istifadə olunur: "Bunların da C4 və C6 olmaqla əsas 2 növü var. Bu günə kimi yalnız məişətdə daha çox istifadə olunan C4 markası əhaliyə pulsuz paylanırdı. Yeni dəyişiklik isə C6-lar üçündür.
O ki, qaldı sahibkarlıq subyektlərinə, yəni qeyri-əhali sektoruna, onlar üçün bütün hallarda sayğaclar ödənişlidir".
Qeyd edək ki, vətəndaşın sayğacı təbii fəlakət zamanı sıradan çıxarsa bu zaman aidiyyəti quruma heç bir ödəniş etmədən, sayğac dəyişdirilir. Əgər sakinin səhlənkarlığı və ya səhvi üzündən belə bir hal baş verərsə, ünvana yeni sayğacın quraşdırılması ödənişli olacaq.