Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq “Azərişıq” ASC işğaldan azad olunmuş Laçın rayonu ərazisində genişmiqyaslı işləri davam etdirir.
“Azərişıq” ASC- dən verilən məlumata görə, “Güləbird” yarımstansiyasından mənbə kimi istifadə etməklə yeni çəkilən Güləbird-Minkənd kəndi istiqamətində 35 kV-luq xətt çəkilib. 35 kV-luq bu xətt üçün müasir, izoliyasiyalı naqildən istifadə edilib.
Güləbird ərazisindən Laçın dəhlizi istiqamətdə mövcud hava xətti isə bərpa olunub. Bütün hərbi hissələr və xüsusi dövlət əhəmiyyətli obyektlər elektrik enerjisi ilə təchiz edilib.
Xəbəri paylaş