Türk konsulun maşını yandırıldı, səfir XİN-ə çağırıldı
Tarix: 21-07-2022, 08:00 Xəbərə baxış: 10211
Almaniyanın Ankaradakı səfiri Yurgen Şults Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə "Hürriyet" məlumat yayıb.
Bildirilib ki, səfir Türkiyənin Ştutqartdakı baş konsulunun avtomobilinin yandırılması ilə bağlı XİN-ə çağırılıb.
Türkiyə Xarici İşlər Nazirliyi günahkarların məsuliyyətə cəlb ediləcəyinə və dəymiş ziyanın diplomatik qaydalara uyğun olaraq ödənilməsinə ümid etdiyini bildirib.
Şultsla görüşdə nazirlik həmçinin Almaniyanın Türkiyə diplomatik nümayəndəliklərinə verdiyi təhlükəsizliyin yenidən dəyərləndirilməsini istəyib.