
Azərbaycanda hazırda 1096 aktiv koronavirus xəstəsi var.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutkada aktiv koronavirus xəstələrinin sayı 195 nəfər artıb. Belə ki, iyulun 18-də belə xəstələrin sayı 901 nəfər idi.
Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirus infeksiyasına 257 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb və 4 nəfər ölüb.