

Azərbaycanda ikinci kurs tələbəsi vəfat edib.
Bu barədə BDU-nun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və aqrokimya ixtisasının 2-ci kurs (qiyabi) tələbəsi Məmmədzadə Azər Qanboy oğlu qan xərçəngi xəstəliyindən vəfat edib.
Allah rəhmət eləsin!