
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.
ANAMA-dan bildirilib ki, iyulun 11-dən 16-dək 111 piyada əleyhinə mina, 10 tank əleyhinə mina və 178 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 849,2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.