
General-mayor Hikmət Həsənova yeni vəzifə verilib.
Məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəis müavini, general-mayor Hikmət Həsənov tutduğu vəzifədən azad edilib.
Digər əmrlə isə H. Həsənov Hərbi Akademiya rəisinin birinci müavini təyin edilib.
Qeyd edək ki, H. Həsənov 2014-2021-ci illərdə Birinci Ordu Korpusunun komandiri olub.