Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

SON DƏQİQƏ! Rusiyadan ermənilərə ağır ZƏRBƏ – Azərbaycana gözlənilməz JEST


Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun Şuşaya getməsi son aylarda Moskva və Bakı arasında müsbət dinamikanın olduğunu göstərir.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin fikrincə, Rusiya son zamanlarda tez-tez Azərbaycana jestlər edir:
“Qərbdən Rusiyaya qarşı sanksiyaların genişlənməsi və sərtləşdirilməsi Moskvanın üzünü cənuba çevirməsinə gətirib çıxarıb. Moskva Azərbaycanı təzyiqlə yox, “xoşməramlı siyasət”lə öz orbitinə çəkməyə çalışır. Rusiya sərt siyasi xəttin ona xeyir gətirmədiyini yaxşı bilir. Xüsusən də Ukraynada davam edən müharibə fonunda.
 
Rusiya səfirinin Şuşa səfərinə gəldikdə, bu, erməni separatizminə gözlənilməz zərbədir. Bu, Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbəni və Qarabağın Azərbaycan ərazisi olduğunu növbəti dəfə əyani şəkildə təsdiqləməsi deməkdir. Azərbaycan da Rusiyanın bu reveranslarından istifadə edib bölgədə erməni separatizminə tam son qoymalıdır. İndi görək, Rusiya Azərbaycana yönəlik müsbət siyasətini hara qədər davam etdirəcək. Əlbəttə bu, Kremlin iki ölkə arasında imzalanmış müttəfiqlik haqda Moskva bəyannaməsinə sadiqliyindən irəli gəlmir, hesab edirəm ki, bu, Prezident İlham Əliyevin apardığı dinamik siyasətin nəticəsidir. Artıq deyə bilərik ki, Rusiya da Azərbaycanın regionda yaratdığı reallığı və bu fonda onun milli maraqlarını qəbul edir.
Şübhəsiz ki, Rusiya səfirinin Şuşaya səfəri müsbət addımdır. Rusiyanın Moskva bəyannaməsi və Ermənistanla imzalanmış üçtərəfli sazişlərə əməl etməsi də müsbət hal olardı. Rusiya qonşularına qarşı o qədər aqressivdir ki, belə bir müsbət addım təəccüb doğurmaya bilmir”.







Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də