Bakı geri qaytardı, İrəvan cinayət işi açdı
Ermənistanın Dərələyəz mahalının Keşişkənd rayonu ərazsindəki Xaçik kəndinin 60 yaşlı sakini Aşot Xaçatryanın “itkin düşməsi” ilə bağlı Ermənistan İstintaq Komitəsi cinayət işi açıb.
Bu barədə erməni mətbuatı məlumat yayıb.
Bildirilib ki, o, 3 iyunda evdən çıxıb və geri qayıtmayıb. Sonradan onun heyvan otararkən Azərbaycan sərhədini keçdiyi üzə çıxıb. Azərbaycan tərəfi 12 iyunda Xaçatryanı geri qaytarıb.
Aradan bir ay keçəndən sonra isə faktla bağlı istintaq aparmaq qərarı verilib.