
Rusiya ordusunun Ukraynanın Vinnitsa şəhərini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 25-yə çatıb. 100-ə yaxın sakin yaralanıb.
Bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, hücumun hədəfində ofis binası olub. Binaya 3 mərmi düşüb. Ətrafdakı binalara zərər dəyib. Hücumun Qara dənizdə yerləşən sualtı qayıqdan atılan “Kalibr” qanadlı raketlə təşkil olunduğu bildirilib.