Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İntihar edən qazinı çəkən də qazidir: "Videonun qalan 14 dəqiqə 45 saniyəsi..."


"Qardaşımın videosunu çəkən şəxsi tanıyıram. Videonun yayıldığı hissə təxminən 2 dəqiqədir. Amma  qalan görüntülərin 14 dəqiqə 45 saniyəsi məndədir".
 Bunu  intihar edən qazi Elvin Cəfərovun qardaşı Elnur Cəfərov deyib. O qardaşını ölümə "yola salan", onun son görüntülərini lentə alan şəxsin qazi olduğunu və Elvinin yasına gəldiyini deyib: 
"Yasa gəldi də, getdi də. Elə həmin şəxsdən görüntüləri götürmüşəm. Sadəcə olaraq gözləyirəm ki, yasımızı bitirim. Onsuz da müəyyən qurumlar var ki, bu işlə məşğuldurlar. Hamısı araşdırılır". 
Elnur Cəfərov videonu çəkib yayan qazinin adını deyə bilməyəcəyini, bunu hüquq- mühafizə orqanlarının araşdıracağını bildirib: 
"Sözügedən videoda nə var dəqiq deyə bilmərəm. Mənə zəng vururlar ki, guya kimlərləsə danışmışam. Allah heç kimi belə vəziyyətə salmasın. Bəzi sullara cavab verəcək durumum yoxdur". 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də