Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Pensiyası kəsildiyi üçün dərman ala bilmir” - İntihara cəhd edən qazinin qardaşı



Sabirabad rayonu Qalaqayın kənd sakini olan Vətən müharibəsi qazisi Elvin Cəfərov icra hakimiyyətinin önündə özünə od vuraraq yandırıb. 
Hadisə ilə bağlı qazinin qardaşı Elnur Cəfərov  açıqlama verib:
"Qardaşım 5 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır. Elvin müharibədə kontuziya almışdı. Buna görə dərman da atırdı. Dərmanın qiyməti 700 manat idi. 2 aya yaxındır ki, pensiyası kəsilib. Nəticədə dərmanını da ala bilmirdi. Qardaşım gedib icra hakimiyyətindən kömək istəyib, onlar da etməyib. Buna görə də intihara cəhd edib. Onsuz da gedib icra hakimiyyətinin qapısını döyəndə açan olmur. Səni Cənab Prezident ora təyin edib. Nəyə görə qaziyə kömək etmirsən?
Bu məsələlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də böyük günahı var. Nəticədə qazilər intihara əl atmalı olur. Sahil Babayev insanları əlində oynadır. Əgər qardaşım dünyasını dəyişsə, Sahil Babayev mənim qarşıma çıxacaq? Əgər yenə müharibə olsa, mən könüllü gedəcəm. Bəs ay Sahil Babayev, sənin qohumların gedəcək? Qazi nə etməlidir axı? Bu nazir hara baxır?", - deyə o əlavə edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də