
Xaçmaz sakinini elektrovoz vurub.
Madisə rayonun Qusarçay kəndində baş verib.
Yalama Dəmiryol istiqamətində hərəkət edən maşinist Cabir Məmmədovun və köməkçisi Camələddin Ağayevin idarə etdiyi elektrovoz Qusarçay kənd sakini, 1990-cı il təvəllüdlü Rəşad Vəlibəyovu vurub.
Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.